Tacikistan-Qırğızıstan sərhədində silahlı insident: Yaralılar var – Hadisəyə sərhədçilər qarışdı

  • 15:14 - 23 İyul

Tacikistan – Qırğızıstan sərhədində silahlı insident baş verib.

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisəyə səbəb Tacikistanın sərhəd zonasında yerləşən Vorux kəndində bayraq quraşdırılması olub. 

Silahlı insident nəticəsində beş nəfər yaralanıb.  Sərhəd zonasında Tacikistan tərəfinin bayraq quraşdırması Qırğızıstanın Aksay kəndinin sakinlərinin etirazına səbəb olub. İki tərəf arasında qarşılıqlı mübahisə sonradan silahlı insidentə çevrilib. Ov silahlarından açılan atəş nəticəsində beş nəfər yaralanıb. 

Hər iki dövlətin sərhədçiləri hadisənin qarşısını alıb və onun daha da böyüməsinə əngəl olublar.

Qeyd edək ki, sözügedən ərazidə tez-tez qarşıdurmalar baş verir. Bunun əsas səbəbi isə dövlətlər tərəfindən sərhədlərin rəsmi olaraq delimitasiya edilməməsi və qeyri-müəyyənlikdir.


Oxunma sayı: 6557

Oxşar yazılar