Türkiyənin S-400 almasının arxasında gizlənən gercək : ABŞ niyə təlaşdadır? - Türkiyə ordusunun keçmiş kəşfiyyat rəisi açıqladı

  • 12:23 - 23 İyul

Türkiyə ordusunun keçmiş kəşfiyyat rəisi, ehtiyyatda olan general leytenant  İsmayıl Haqqı Pekin ABŞ-ın Türkiyəyə bir müddət öncə təklif etdiyi raket əleyhinə müdafiə sistemlərinin tamamilə Vaşinqtonun nəzarətində olması şərti irəli sürdüyünü və rəsmi Ankaranın bununla razılaşmadığını deyib. 
 
Avropa.info xəbər verir ki, Pekər ABŞ-ın Türkiyənin S-400 raket əleyhinə müdafiə sistemi almasına qarşı sərt münasibətinin Rusiya, Çin, Hindistan və İranı məngənəyə alma planın iflasa uğramasından qaynaqlandığını bildirib.

" 2010-cu ildə Portuqaliyanın paytaxtı Lissabondakı NATO liderləri toplantısında Türkiyə ərazisinə EPA deyilən bir müdafiə sistemi altında həm havadan müdafiə, həm də radar sistemləri qoyulacaqdı. Türkiyəyə yerləşdiriləcək radar sistemləri və raket sisteminin açarları ABŞ-ın əlində olacaqdı. Türkiyə bununla razılaşmadı və açarları öz əlində olan raket müdafiə sistemi aldı. S- 400-lər ABŞ-ın qlobal hakimiyyət planına qarşı bir üsyandır" - Pekər belə deyib.
 


Oxunma sayı: 26170

Oxşar yazılar