Rusiya təyyarələri bu ölkənin hava məkanına girdi – Qırıcılar atəş açdı

  • 11:36 - 23 İyul

Cənubi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Rusiya Hərbi Kosmik Qüvvələrini ölkənin hava məkanını pozmaqda ittiham edib.

Avropa.info virtualaz.org-a istinadən bildirir ki, Komitə Rusiya hərbi təyyarəsinin Yapon dənizi istiqamətində ölkənin hava məkanını iki dəfə pozduğunu bildirib.

Rusiya təyyarəsinin Cənubi Koreyaya girməsiylə əlaqədar rəsmi Seul havaya F-15K və F-16K qırıcılarını qaldırıb. Qırıcılar siqnal raketləri buraxıb və xəbərdarlıq atəşi açıblar. Rus təyyarəsi Cənubi Koreya hava məkanında 6 dəqiqə qaldıqdan sonra ölkə ərazisini tərk edib. Amma 18 dəqiqə sonra yenidən Cənubi Koreya hava məkanına daxil olub və bu dəfə burada 4 dəqiqə qalıb.

Cənubi Koreya Müdafiə Nazirliyi yaranan insidentlə bağlı Rusiya səfirinə Seulun etirazını çatdıracağını vurğulayıb.


Oxunma sayı: 6139

Oxşar yazılar