Olimpiya Festivalında türkiyəli basketbolçu travma aldı

  • 11:12 - 23 İyul

Ötən gün XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub.

Avropa.info xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, müraciətlərin 5-i kiçik travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerindəcə yardım ediblər.

18 yaşlı türkiyəli basketbolçu qız isə sol diz oynağının travması ilə müraciət edib.

O, təcili tibbi yardım briqadası tərəfindən yardım aldıqdan sonra Kliniki Tibbi Mərkəzə aparılıb. Basketbolçu qıza yardım edildikdən sonra evə buraxılıb.

Hazırda onun vəziyyəti normaldır.


Oxunma sayı: 5842

Oxşar yazılar