Yaşlı qadına qarşı dələduzluq edən polislə bağlı yeni qərar verildi

  • 10:32 - 23 İyul

Bakı Apelyasiya Məhkəməsində qadına qarşı dələduzluqda təqsirləndirilən polis əməkdaşı Vasif Orucovun barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

APA -nın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə olunub.

Zərərçəkən Nera Larsina Vasif Orucova qarşı heç bir şikayətinin olmadığını bildirib.

Prosesdə qərar elan edilib. Qərara əsasən təqsirləndirilən şəxsin cəzası 6 ildən 2 ilə salınıb.

Qeyd edək ki, Vasif Orucov Bakı şəhər sakini Nera Larsinaya qarşı dələduzluq edib. İttiham aktına əsasən, o, sahə müvəkkili vəzifəsində çalışan zaman yaşlı qadının 80 min manat dəyərində olan evini dələduzluq yolu ilə ələ keçirib.

N.Larsinanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan V.Orucova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Orucov 6 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.


Oxunma sayı: 6139

Oxşar yazılar