Bu rayonda qaz təchizatı dayandırılacaq – Səbəb

  • 10:28 - 23 İyul

Ağstafa rayonunda istehlakçıların qaz təchizatının yaxşılaşdırılması və normadan artıq qaz itkilərinin qarşısının alınması məqsədilə təmir işlərinə başlanılıb.

Bu barədə Avropa.info-ya "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib. O bildirib ki, buna görə də saat 10:00-dan təmir işləri başa çatanadək Ağstafa rayonunda bir qrup abonentin qaz təchizatı dayandırılıb:

"Samux rayonunda da orta təzyiqli yeraltı qaz xəttinin yenidənqurulması məqsədilə bir qrup abonentin qaz təchizatı saat 11:00-dan dayandırılacaq".


Oxunma sayı: 6073

Oxşar yazılar