Asiyanın 4 ölkəsinin turistləri dünya üzrə səfər xərclərinin təxminən 20%-ni təmin edib

  • 20:02 - 22 İyul

Asiyanın dörd ölkəsindən olan turistlər dünya üzrə ümumi xarici səfər xərclərinin təxminən 1/5 hissəsini təmin edib.

APA-Economics”in “Mastercard”ın dərc etdiyi yeni hesabata istinadən verdiyi məlumata görə, 2018-ci ildə Çin, Cənubi Koreya, Yaponiya və Tayvandan olan turistlər dünyanın ən məşhur 200 şəhəri üzrə qeydə alınmış ümumi səfər xərclərinin 18,5%-ni təmin ediblər. Halbuki 10 il bundan öncə bu göstərici 11%-ə bərabər idi.

BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2018-ci ildə dünya üzrə turistlərin xərcləri 1,7 trln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4% çoxdur.


Oxunma sayı: 4995

Oxşar yazılar