Azərbaycan XİN Yukiya Amanonun vəfatı ilə bağlı başsağlığı verib

  • 19:10 - 22 İyul

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amanonun vəfat ilə bağlı başsağlığı verib.

Bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanonun vəfatı bizi dərindən kədərləndirdi. O, böyük diplomat və nüvənin yayılmamasını dəstəkləyən biri idi. Onun ailəsinə baş sağlığı veririk”, - qeyd olunub.


Oxunma sayı: 4885

Oxşar yazılar