Salyanda idarə rəisi iş otağında ölüb

  • 18:36 - 22 İyul

Salyan rayonunda idarə rəisi iş otağında dünyasını dəyişib.

Hadisə "Azərpoçt" MMC-nin Salyan filialında baş verib. 

Belə ki, filialın rəisi, Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlu otağında dünyasını dəyişib.

Qeyd edək ki, E.Mehdiyev bu vəzifəyə kimi bank sistemində rəhbər vəzifələrdə işləyib.

 

 

report


Oxunma sayı: 7107

Oxşar yazılar