Əsəd rejimi və Rusiya təyyarələri "təhlükəsizlik bölgəsi" elan olunan İdlibdə bazarı bombaladı - 25 mülki vətəndaş can verdi

  • 17:03 - 22 İyul

Əsəd rejimi və Rusiyaya məxsus döyüş təyyarələri Rusiya, Türkiyə və İran arasındakı müqavilə ilə "təhlükəsizlik bölgəsi" elan edilən İdlibin Bıdama məhəlıəsi, Kenbbine və Sim Menniş kəndlərini bombalayıb.  hava hücumu təşkil etdi. 
 

Avropa.info Anadolu Agentliyinə istinadən xəbər verir ki,  səhər saatlarında bir bazarın bombalanması nəticəsində 25 mülki vətəndaş həyatını itirib, yaralılar var. 
 
Sözügedən bölgədə mülki müdafiənin axtarış-xilasetmə işləri davam edərkən, ölü sayının artacağı ehtimal olunur.
 
Suriyanın şimal-qərbindəki İdlib rayonu vətəndaş müharibəsinin ilk illərindən bu yana Türkiyə dəstəkli müxaliflərin qalası sayılır. Hazırda əhalisi 4 milyona çatan İdlibin mərkəzi 2015-ci ilin mart ayında müxaliflərin nəzarətinə keçib. İdlib bölgəsi rejimin ən çox hədəf aldığı bölgələrin başında gəlir.
 

Türkiyə, Rusiya və İran 2017-ci ildə Astanada keçirilən toplantıda İdlib və ətrafını "Təhlükəsizlik bölgəsi" elan edib. Rejim qüvvələrinin atəşkəsi tez-tez pozmasından sonra, Türkiyə və Rusiya 2018-ci ilin 17 sentyabrında Soçidə əlavə razılaşma əldə edib. Buna baxmayaraq Əsədr rejimi mütəmadi olaraq İdlib bölgəsinə hücumlar təşkil edir. Bu hücumlar nəticəsində 553 min insan bölgədən qaçmaq məcburiyyətində qalıb
 
Suriya İnsan Haqları Evinin yaydığı məlumata görə, Bəşər Əsəd rejiminin İdlibə 26 iyun-12 İyul arasında etdiyi hücumlar nəticəsində 157-si uşaq, 111-i qadın olmaqla 606 mülki insan həyatını itirib.

Avropa.info


Oxunma sayı: 8097

Oxşar yazılar