ABŞ hərbi heyəti Ankarada , CENTCOM generalı Suriyada PKK-nın qucağında - Sensasiyalı FOTOLAR yayıldı

  • 14:36 - 22 İyul

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefreynin danışıqlar aparmaq üçün Türkiyəyə gəldiyi bi vaxtda, ABŞ Mərkəzi Qüvvələr komandiri (CENTCOM) general Kennet Mckenzie Suriyada PKK/YPG terror təşkilatının rəhbərlərindən olan Şahin Cilo ilə görüşüb. 

Avropa.info xəbər verir ki, generalı Mckenzie Suriyada PKK/YPG işğalındakı regiona səfər edib.

TÜrkiyə mətbuatının yaydığı fotoşəkillərdə  ABŞ rəsmilərinin YPG komandiri Cilo ilə bir araya gəldiyi görünür. 

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Cefreyninin Türkiyə ilə danışıqlar aparmasına saatlar qala ABŞ rəsmilərinin PKK ilə bir araya gəlməsi diqqətləri çəkib.



 


Oxunma sayı: 8713

Oxşar yazılar