Zuğulba çimərliyində meyiti tapılmış şəxsin kimliyi məlum oldu

  • 22 İyl - 2019

Zuğulba çimərliyində meyiti tapılan şəxsin kimliyi məlum olub.

“Trend”in məlumatına görə, 18 oktyabr 1997-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Xaritonov Andrey Aleksandroviç iyulun 21-də təxminən saat 16 radələrində dostları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Zuğulba” çimərliyində dənizdə üzərkən ehtiyatsızlıq edib suda boğularaq ölüb.

Məlumatla əlaqədar olaraq istintaq-əməliyyat qrupu yaradılaraq meyit hal şahidlərinin iştirakı ilə ətraflı müayinə olunmaqla fotoşəkillər çəkilib, Andrey Xaritonovun meyiti ölüm səbəbinin müəyyən edilməsi məqsədilə daxili və xarici müayinə edilməsindən ötrü MTE və PA Birliyinin Xəzər rayon şöbəsinə təqdim edilib.

Faktla əlaqədar rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 716

Oxşar yazılar