“Dövrünün qüdrətli söz və fikir ustadı -Nəsimi zirvəsi” – Tədbir

  • 11:18 - 22 İyul

“Ziyalı Ocağı” İctimai Birliyi bu ilin iyul ayının 17-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə özünün “Dövrünün qüdrətli söz və fikir ustadı -Nəsimi zirvəsi” adlı Beynəlxalq Konfransını keçirdi. Konfransda İranı, Türkiyəni, Özbəkistanı, Tacikistanı, Rusiyanı və başqa ölkələri təmsil edən, ədəbiyyat, elm və incənət xadimləri iştirak edirdilər. 

Konfransı giriş sözü ilə açan “Ziyalı Ocağı” İctimai Birliyinin sədri İlahə Əliyeva bildirdi ki, “bu qəbildən olan tədbirlərin reallaşması ölkə prezidenti, cənab İlham Əliyevin söz, sənət sahiblərinə olan diqqət və qayğısının bariz nümunəsidir”. 

İ.Əliyeva həmçinin qeyd etdi ki, “İmadəddin Nəsimi kimi söz xiridarının, fikir sahibinin, filosofun bu gün bu səviyyədə anılması onun əsl həqiqətdə də əbədiyaşar bir şair olduğunun əyani göstəricisidir. Nəsimi bütün dövrlərin şairidir, zamanının söz sahibi, fikir sahibidir. Məntiqli düşüncə, uğurlu əməl, ağıllı söz azad cəmiyyətin açarıdır. Bu möhtəşəm üçlüyü öz əlində birləşdirən Nəsimi fikirlərinin ziyası onu əhatə edən qaraguruhçu qüvvələrin mənfur toruna düşürdü. Nəsiminin çevrəsindəki günü-gündən artan insan dalğasının selindən qorxuya düşən, açıqdan-açığa onunla üz-üzə gələ bilməyəcəklərini anlayan dövrün istidad qüvvələri onu qətlinə fərman verdilər. Acı qəhqələrlə qarşısındakı düşməninə nifrətini söz ilə bəyan edən bu azman, qüdrətli söz və fikir sahibi dünən amansızcasına qanına qəltan edilməsinə baxmayaraq, bu gün bizimlə bərabər yaşayır. Mənəvi gücü ilə bu gün də özünün qorxaq, ikiüzlü düşmənlərinə bəxtiyarcasına qələbə çalmaqddır”.

Konya Səlcuk Universitetinin professoru İshak Özkan qeyd etdi ki, “Nəsimi bütün dövrlərin şairidir. Onun insanın hürriyyəti, saflığı naminə dediyi sözlər, irəli sürdüyü fikirlər hərtərəfli, güclü bir dövlətin azad vətəndaşının haqqıdır, hüququdur və eyni zamanda vətəndaşlıq borcudur”.

“Azərbaycanda yaşayan Axıska Türklərinin Vətən Cəmiyyətinin sədri İsmayıl bəy qeyd etdi ki, bu günkü tədbir Türk dünyasının böyük şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı üzərində qurulub. Bu çox gözəldir. Nəsimi fikirlərini dünyaya yayan və türk dünyasını birləşdirməyə can atan bir şair idi. Bu gün də o öz məqsədini uğurla həyata keçirir. Nəsimiyə həsr olunmuş tədbirə mənim dünyaya gəldiyim Özbəkistandan çoxlu sayda qonaqlar gəlib. Təqdirəlayiq haldır. Zamanında səsi-ünü dünyaya yayılan Nəsiminin bu gün də səsinə ellər gəlir, ulus gəlir”. 

Özbəkistanlı şair, jurnalist Asror Allayarov “Nəsimi ilə əlaqədar tədbirlərdə iştirak etməkdən qürur hissi duyğuğunu söyləri. -Bu günlər mənim üçün olduqca əlamətdardır, dedi. Əlişir Nəvai kimi dahi şairin müəlliminin söz məclisində olma onu anmaq, onun yurdunu ziyarət etmək hər kəsə nəsi olmur. Bu mənim qismətimə yazıldığı üçün bəxtiyaram”.

Özbəkistandakı Fərqanə Politexnik İnsitututunun ali dərəcəli müəllimi, ədiyyat bilicisi Fəridə Anıs Tursunova söylədi ki, “İmadəddin Nəsimi yaradıcılığı sərhəd-zaman tanımır. O bütün Türk dünyasının şairidir, fikir sahibidir. Bizim Özbəkistanda Nəsimi yaradıcılığına böyük maraq və hörmət vardır. Mən həmişə tələbələrimə bu dahi şair, filosof haqqında sevə-sevə bəhs edirəm ”.

Tacikistanlı yazıçı-şair Şahnoza Jalilova İmadəddin Nəsimini öz şairləri hesab etdiyini deyib: "Çünki Nəsimi də insanlar arasında ayrı-seçkilik qoymadı. Onun üçün insanlıq ən əhəmiyyətli məqam idi”. 

Tədbir digər qonaqların iştirakı ilə davam etdirildi.

Görüntünün olası içeriği: 10 kişi, Saxavat Izzati dahil, gülümseyen insanlar, ayakta duran insanlar ve iç mekan

Oxunma sayı: 4973

Oxşar yazılar