Bakının bu ərazilərində işıq olmayacaq

  • 22 İyl - 2019

Bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Avropa.info-ya "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

"Azərişıq" yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir.


Oxunma sayı: 694

Oxşar yazılar