Qüdrət Həsənquliyev: "Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını ilk qoyanlardan biri olub"

  • 21 İyl - 2019

"Əbülfəz bəyin ruhunu incidən Leyla Yunusun QRU-nun (Mərkəzi Kəşfiyyat İdarəsi) agenti olmasını AXC hakimiyyətində çoxları bilsə də, yetərincə peşəkarlıq olmadığından xüsusi xidmət orqanları onu ifşa edib məsuliyyətə cəlb edə bilmədi".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bunu partiyanın mətbuat xidmətinə açıqlamasında bildirib.

BAXCP sədri deyib ki, L. Yunus həmin dövrdə Müdafiə Nazirliyinə işə də agent kimi göndərilmişdi və qəbul olunmuşdu: "Yoxsa adamdan soruşarlar ki, sən tarixçi və Akademiyanın elmi işçisi, bir gün də nə jurnalist, nə də analitik fəaliyyətlə məşğul olmamış adam, sən hara, Müdafiə Nazirliyinin mətbuat və analitik mərkəzi hara?"

Q. Həsənquliyev L. Yunusun AXC-də təfriqəçiliyin əsasını ilk qoyanlardan biri olduğunu vurğulayıb: "Onun AXC hakimiyyəti dövründə yaxınlıq etdiyi adamların kimliyinə baxsanız, onların hamısının agent olduğunu görəcəksiniz. İndi də eyni vəziyyət təkrarlanır. Onun bu sərsəmləmələrini yayan xanım da agentdir, Rusiyanın Rüstəmi ilə, Qumun əl öpən məzunu ilə, o cümlədən bu əməkdaşlığı edib müdrikcəsinə susan Milli Şura rəhbərləri ilə də yaxındır. Bu tipli adamlar müttəfiqlərini özləri seçmir. Elçibəyin Heydər Əliyevi hakimiyyətə dəvət etməsinə gəldikdə, Elçibəyi yanındakı agentlərlə yanaşı, yaxın ətrafında olan çoxları onu qorxudan satmışdı. Ölkə idarəolunmaz vəziyyətə gəlmişdi. Həmin dövrdə ölkəni fəlakətdən və məhv olmadan yalnız Heydər Əliyev bu agentləri zərərsizləşdirməklə xilas edə bilərdi. Xalqını özündən artıq sevən Elçibəy də bunu bildiyindən onu Bakıya dəvət etdi və Leyla kimi casusların arzularını gözündə qoydu".


Oxunma sayı: 551

Oxşar yazılar