“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb

  • 22:45 - 21 İyul

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində sərbəst güləşçimiz Murad Haqverdiyev qızıl medal qazanıb.

45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni məğlub edib - 11:4.

Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərimiz Fərid Sadıxlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) isə bürünc medallar qazanıblar.


Oxunma sayı: 7371

Oxşar yazılar