"Boinq"lərin “məzarlığı” aşkarlandı - Foto

  • 22:20 - 21 İyul


Cənubi Kaliforniyanın Viktorfil hava limanında "Boinq 737 MAKS" təyyarələrinin “məzarlığı” aşkar edilib. 

Bu barədə “Daily Mail” informasiya yayıb. 

Məlumata görə, hava limanında “Southvest Airlines” şirkətinə məxsus 35 ədəd "Boinq 737 MAKS" təyyarəsi saxlanılıb. Sözügedən təyyarələr "Boinq 737 MAKS" modelinin səbəb olduğu qəzalardan sonra bu modelin uçuşlarının qadağan edilməsinə görə "dustaq" edilib. Onların ən azı bu ilin noyabrına qədər uça bilməyəcəyi bildirilir. 


Xatırladaq ki, hazırda “Boinq” şirkəti sözügedən təyyarələrin proqram təminatının yenilənməsi üzərində çalışır.

 

 

 

axar.az


Oxunma sayı: 9868

Oxşar yazılar