Rusiyadan Britaniyanın ittihamına sərt cavab

  • 21:30 - 21 İyul

Rusiyalı senator Aleksey Puşkov Britaniya mətbuatının Rusiyanın Hörmüz boğazında “Stena İmpero” adlı tankerin saxlanması hadisəsində iştirakına dair iddialarına cavab verib.

Bu barədə Puşkov Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, Londonun Rusiyanı etmədiyi şeylərlə ittiham etməsi ilk dəfə deyil. Buna qədər Britaniya tərəfi iddia edib ki, guya Rusiya Kerç boğazında ukraynalı dənizçiləri saxlamaqla “aqresiya aktı” icra edib. İndi isə London növbəti təxribatda Rusiyanın iştirak etdiyini iddia edir.

Puşkov sözügedən məlumatı yayan Britaniya mətbuatını “saxta informasiya üzrə peşəkar”lar adlandırıb.

  •  

“Saxta informasiya üzrə peşəkarlar” heç vaxt məzuniyyətə çıxmır”, - Puşkov bildirib.

 

 

 

 

axar.az


Oxunma sayı: 4918

Oxşar yazılar