Azərbaycanın daha bir güləşçisi EYOF-da medal qazanıb

  • 21:00 - 21 İyul

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Nihat Məmmədli Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında medal qazanıb.

55 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirlə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan idmançısının qələbəsi ilə bitib.

Qeyd edək ki, bundan öncə digər yunan-Roma güləşçisi Fərid Sadıxlı (45 kq) qızıl medala sahib olub.


Oxunma sayı: 6040

Oxşar yazılar