EYOF: Azərbaycan güləşçisi qızıl medal qazanıb

  • 20:37 - 21 İyul

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Türkiyə təmsilçisi Umut Çobanla üz-üzə gəlib. Rəqibini təmiz qələbə ilə məğlub edən Sadıxlı qızıl medal qazanıb.

Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Əbülfəz Nəsirov (55 kq) finalda italiyalı Simone Vinçentso Piroddunu, Murad Haqverdiyev (45) isə gürcüstanlı Nikolozi Santeladzeni sınağa çəkəcək. Yunan-Roma güləşçisi Nihat Məmmədli isə (55 kq) bürünc medal uğrunda dueldə türkiyəli Ateş Bekirlə münasibətlərə aydınlıq gətirəcək.


Oxunma sayı: 6535

Oxşar yazılar