Gəncədə avtobusdan düşən 21 yaşlı qızı avtomobil vurub, vəziyyəti orta-ağırdır

  • 19:25 - 21 İyul

Gəncədə  piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, 14 saylı marşrut avtobusundan düşən Gəncə şəhər sakini 1998-ci il təvəllüdlü Nazpəri Balayevanı “VAZ 21 07” markalı minik avtomobil vurub.

 

Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. 21 yaşlı qız dərhal xəstəxanaya  yerləşdirilib.

N. Balayevanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 4214

Oxşar yazılar