Gürcüstanda Azərbaycan vətəndaşı narkotik vasitə ilə saxlanılıb

  • 18:10 - 21 İyul

Gürcüstanın Rustavi şəhərində Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1974-cü il təvəllüdlü R.N. adlı şəxsdən 700 qram narkotik vasitə müsadirə olunub.

Narkotik vasitələrə görə Tbilisi və Rustavidə iki İran vətəndaşı da saxlanılıb. Saxlanılan 1995 və 1973-cü il təvəllüdlü şəxslərin hər birindən yarım kilo həcmdə heroin aşkar olunub.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.


Oxunma sayı: 6414

Oxşar yazılar