Merkel ildə nə qədər qazanır?

  • 14:40 - 21 İyul

Almaniya Federatif Respublikasının Kansleri Anqela Merkelin aylıq gəlirləri haqqında məlumatlar açıqlanıb.

Bu barədə germania.one Bundestaqın mətbuat xidmətinə istinadla xəbər yayıb.

Qeyd edilir ki, siyasətçi ayda 19 796,68 avro alır ki, bunun da 17 701,40 avrosu Merkelin rəsmi maaşıdır.

Bu məcmu məbləğin maaşın üstünə artırılan əlavə gəlirlər hesabına alındığı bildirilir. Belə ki, vəzifə üzrə 30,68 avro həm əlavənin rayon əmsalı, həm də xidməti xərclər üzrə bir min avrodan artıq əlavə ödəniş nəzərdə tutulur.

Bundan başqa, Merkel Bundestaqın üzvü olduğu üçün nümayəndəlik xərclərinin 50%-ni, parlament üzvü kimi isə 25%-ni alır.

Mütəxəssislərin hesablamalarına əsasən, Merkelin illik gəliri 333 min avro təşkil edir.


Oxunma sayı: 5886

Oxşar yazılar