Pakistanda nəzarət-buraxılış məntəqəsinə və xəstəxanaya hücum olub, 7 nəfər ölüb, 24 nəfər yaralanıb

  • 14:15 - 21 İyul

Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum və xəstəxanada partlayış törədilməsi nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb.

Bu barədə "Dawn" nəşri məlumat yayıb.

Hadisə Xayber-Paxtunxva əyalətinin Dera-İsmail-Xan şəhərində baş verib. Öncə dörd motosikletlə hərəkət edən silahlı şəxslər polis nəzarət-buraxılış məntəqəsinə hücum ediblər, daha sonra xəstəxanada partlayış olub. Ölənlər arasında 4 polis, 3 mülki şəxs var.

Polis isə öncə bir qadının quraşdırdığı partlayıcı qurğu vasitəsi ilə partlayış törədildiyini açıqlayıb.

Polis araşdırma aparır.

 

 

 

apa


Oxunma sayı: 5732

Oxşar yazılar