Nigeriyada daha 4 Türkiyə vətəndaşı qaçırılıb

  • 21 İyl - 2019

Nigeriyada 4 Türkiyə vətəndaşıoğurlanıb.

Hadisə ölkənin cənubundakı İlorin əyalətində baş verib. Silahlı şəxslər Türkiyə vətəndaşlarını qaçırıblar. Onların pula görə qaçırıldığı bildirilir. Qeyd edilir ki, oğurlananların geri qaytarılması üçün tədbirlər görülür. Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır. 

Ötən həftə silahlılar Nigeriya yaxınlığında 18 Türkiyə vətəndaşının olduğu gəmiyə hücum edərək onlardan bir neçəsini qaçırıblar. Türkiyə bayrağı altında üzən “Paksoy-I” yük gəmisinə silahlı hücum iyulun 15-də gecə saatlarında baş verib. Hücum nəticəsində Türkiyənin 10 vətəndaşı qaçırılıb. 

Bununla da Nigeriyada qaçırılan Türkiyə vətəndaşlarının sayı 14 nəfərə çatıb.


Oxunma sayı: 672

Oxşar yazılar