Almaniyada təyyarə mağazaya çırpıldı: ölənlər var

  • 23:15 - 20 İyul

Almaniyanın Karlsrue şəhəri yaxınlığında kiçik tutumlu təyyarə qəzaya uğrayıb.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, Fransa istehsalı təyyarə günorta saatlarında Bruçsal hava limanı yaxınlığındakı xırdavat mağazasının həyətinə çırpılıb. Qəza nəticəsində təyyarədəki 3 nəfər dünyasını dəyişib.

Təhlükəsizlik məqsədilə olay yerindəki insanlar təxliyə edilib.


Oxunma sayı: 11089

Oxşar yazılar