Türkiyədə 51 FETÖ-çu saxlanıldı

  • 21:50 - 20 İyul

Türkiyənin Manisa şəhərində FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb.

Həmin şəxslərin saxlanılması ilə əlaqədar şəhərin 6 rayonunda, 40 ünvanda əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində saxlanılanlardan 10-u həbs edilib, 18 nəfər məhkəmə nəzarətinə alınıb, 23 nəfər isə sərbəst buraxılıb.

Bəzi şübhəlilərin həbsdəki təşkilat üzvləri ilə əlaqələrinin olduğu, onlara maddi dəstək göstərdiyi aşkar edilib. Onların FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Blok”dan da istifadə etdikləri bildirilir.

  • Digər şübhəlilərin ələ keçirilməsi istiqamətində işlər davam etdirilir.

axar.az


Oxunma sayı: 7437

Oxşar yazılar