Qazaxıstanda poliqonda partlayış olub, yaralananlar var

  • 20 İyl - 2019

Qazaxıstanda hərbi təlim meydanında partlayış olub.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, qumbaranın partlaması nəticəsində 2 hərbi qulluqçu yaralanıb. Nazirliyin məlumatına görə, hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

"Ərazidə hərbi hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət operativ istintaq qrupu işləyir. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. İlkin versiyaya görə, hərbi qulluqçular təhlükəsizlik qaydalarını pozmaları nəticəsində xəsarət alıblar", - deyə nazirlikdən bildirilib

 

 

 

report


Oxunma sayı: 958

Oxşar yazılar