Biləsuvar sakini bibisi oğlunu güllələyib

  • 18:33 - 20 İyul

Ötən axşam Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Xırmandalı kənd sakini, 39 yaşlı Elməddin Adil oğlu Zeynalov onlara Sumqayıt şəhərindən qonaq gəlmiş bibisi oğlu Ceyhun Məmmədağa oğlu Məmmədovu ov silahı ilə vuraraq xəsarət yetirib.

Ayağından xəsarət alan Ceyhun Məmmədov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 9153

Oxşar yazılar