Özbəkistan prezidentinin kürəkəni saatda 200 kilometrlə şütüyür - Video

  • 20 İyl - 2019

Özbəkistan prezidentinin kürəkəni Otabəy Umarov yol hərəkəti qaydalarına məhəl qoymayaraq, özünün “Tesla” markalı avtomobili ilə Daşkənd küçələrində saatda 200 kilometr sürətlə şütüyüb.

Virtualaz.org xəbər verir ki, bununla bağlı videonu “Azadlıq” radiosunun özbək redaksiyası paylaşıb. Mənbə bildirir ki, kadrlar Umarovun “Instagram” səhifəsinin “stories” bölümündən götürülüb. Sonradan prezidentin yaxın qohumu bu videonu sosial şəbəkədən silib.

 

Otabəy Umarov kimdir?

Bildirilir ki, Otabəy Umarov Özbəkistan prezidenti Şövkət Mirziyoyevin kiçik qızı Şahnozanın həyat yoldaşıdır.

Eyni zamanda, o, prezidentin mühafizə xidmətinin rəhbərinin birinci müavini və ölkənin triatlon federasiyasının sədridir.

 

Videoda nə var?

Otabəy Umarov bir neçə saniyəyə maşının sürətini 200 km/saata çatdırır. Bildirildiyinə görə, bu, qanunla müəyyən olunmuş maksimal sürət həddindən 3 dəfə çoxdur. Sonradan o, yolda zolaqları ayıran xətlərin üstündən keçir və aqressiv şəkildə digər avtomobilləri ötməyə başlayır. Böyük sürətlə döngəyə daxil olur.

Bir neçə saniyəlik prezidentin kürəkəninin sifəti salonu götərən güzgüdə əks olunur. Bütün yol boyu o, mobil telefonunu əlindən buraxmır. Çəkilişin bir anında isə o, əlini maşının lyukundan çıxarır və yolu yuxarıdan aparır.

İşıqforun sarı işığı yandıqda belə Otabəy sürəti azaltmır, məhəllədaxili yolları da elə həmin sürətlə keçir.

 

Kürəkəni hansı cəza gözləyə bilər?

Mənbə qeyd edir ki, yol verdiyi qayda pozuntularına görə, Otabəy Umarov aşağıdakı məbləğlərdə cərimə ödəməlidir:

- sükan arxasında telefonla danışdığı üçün: 1.115.000 sum (130 ABŞ dolları);

- yol verilən maksimal sürət həddini aşdığı üçün: 3.345.000 sum (390 ABŞ dolları);

- işıqforun qırmızı işığında keçdiyi üçün: 1.115.000 sum (130 ABŞ dolları).

Cəmi: 5.575.000 sum (650 ABŞ dolları).

Digər mənbələrin verdiyi məlumata görə, cərimələr artıq ödənilib.

https://rus.ozodlik.org/a/30065372.html?utm_medium=affiliate&utm_campaign=RFE-player30065372&utm_source=virtualaz.org/dunya/144727&utm_content=player


Oxunma sayı: 705

Oxşar yazılar