ABŞ İran sahillərində irimiqyaslı dəniz əməliyyatı hazırlayır

  • 13:54 - 20 İyul

ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərqin dəniz yollarını təhlükəsizlik altına almaq üçün beynəlxalq əməliyyat keçirəcək.

Avropa.info xəbər verir ki, “Gözətçi” adlandırılan əməliyyat Ərəbistan körfəzi, Hörmüz boğazı, Bab-əl-Məndəb boğazı və Oman körfəzini əhatə edəcək. Əməliyyat bu sularda cərəyan edən hərbi və siyasi gərginliyin qarşısını almaq və boğazların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

Əməliyyatın iştirakçısı ölkələrin gəmiləri hərbi müşayiət və digər naviqasiya üstünlüklərindən istifadə edə biləcək.

Qeyd edək ki, son olaraq İran ordusunun Fars körfəzində Britaniya gəmisini saxlaması regionda vəziyyəti gərginləşdirib.

ABŞ İran təhlükəsinə cavab olaraq Səudiyyə Ərəbistanına 500 nəfər hərbçi göndərib.


Oxunma sayı: 12387

Oxşar yazılar