"Dundalk" - "Qarabağ" oyununun hakimi açıqlandı

  • 20 İyl - 2019

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Dundalk" - "Qarabağ" ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın məlumatına görə, İrlandiyada "Oriel Park"da oynanılacaq görüşün baş hakimi Polşa Futbol Federasiyasından  Bartos Frankovski olacaq. Ona həmyerliləri Marçin Boniek və Yakub Uinkler köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Stefanski yerinə yetirəcək.

Qeyd edək ki, "Dundalk" - "Qarabağ" görüşü iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.


Oxunma sayı: 1343

Oxşar yazılar