Prezident universiada qalibləri və məşqçiləri üçün mükafat ayırdı – Sərəncam

  • 20 İyl - 2019

Azərbaycan Prezidenti İlham Əliyev “İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Avropa.info-nun məlumatına görə, sərəncama əsasən, İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılacaqlar:

- birinci yeri tutan hər bir idmançı – 50 min manat, onun şəxsi məşqçisi – 25 min manat;

- ikinci yeri tutan hər bir idmançı – 30 min manat, onun şəxsi məşqçisi – 15 min manat;

- üçüncü yeri tutan hər bir idmançı – 20 min manat, onun şəxsi məşqçisi – 10 min manat;

- komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).


Oxunma sayı: 1321

Oxşar yazılar