Tramp Türkiyəyə sanksiyaları müzakirə etmək üçün respublikaçıları Ağ Evə yığacaq

  • 12:56 - 20 İyul

ABŞ prezidenti Donald Tramp Rusiyadan S-400 HHM sistemləri aldığına görə Türkiyəyə qarşı tətbiq olunacaq sanksiyaları müzakirə etmək üçün respublikaçı senatorları Ağ Evə dəvət edib.

Avropa.info xəbər verir ki, bu barədə dəvətnamənin nüsxəsini əldə etdiyini iddia edən “Washingon Post” qəzeti yazıb. Qəzetin yazdığına görə, sanksiyaların müzakirə olunacağı görüş hələn həftənin ikinci günü gecə 12-də keçiriləcək. 

Qeyd edək ki, S-400-lərin Türkiyəyə təhvilinə başlanmasından sonra ABŞ Türkiyənin F-35 proqramında iştirakını təxirə salmışdı. Bundan sonra ABŞ prezidenti Türkiyəyə sanksiyaların tətbiqi ilə bağlı iki ziddiyyətli açıqlama vermişdi.

Senatda təmsil olunan Rik Skot və Con Yanq kimi senatorlar Türkiyəyə sanksiyaların tətbiq olunmasının tərəfdarlarıdır.


Oxunma sayı: 5699

Oxşar yazılar