İsmayıllıda gənc oğlan özünü asdı - Üç ay əvvəl də onu qardaşı bıçaqlayıbmış

  • 12:32 - 20 İyul

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb. 

Rayon sakini, 1992-ci il təvəllüdlü Sədail Ramazan oğlu Şükürlü yaşadığı evin həyətindəki qarajda özünü kəndirlə asaraq intihar edib. Onun cansız bədənini anası aşkarlayıb.

İlkin məlumata görə, S. Şükürlü son zamanlar psixoloji problemlər yaşayırmış. 

O, üç ay əvvəl qardaşı tərəfindən bıçaqlanıb. Hazırda qardaşı həbsdədir. Bir övladı olan S.Şükürlünün tez-tez ailədaxili problemləri olduğu deyilir.

Onun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda gənc oğlan özünü asdı - Üç ay əvvəl də onu qardaşı bıçaqlayıbmış - FOTO

Oxunma sayı: 5248

Oxşar yazılar