Saakaşvili Zelenskinin xeyrinə seçkidə iştirakdan imtina etdi

  • 12:14 - 20 İyul

“Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mixail Saakaşvili partiyasının Ali Radaya keçiriləcək seçkilərdə iştirakdan imtina etməsi ilə bağlı “Facebook” səhifəsində müraciət yayıb.

Avropa.info xəbər verir ki, Saakaşvili partiyasının parlamentə düşmək üçün lazım olan 5%-lik səs baryerini çətin ki, keçəcəyini açıqlayıb. Bununla yanaşı o, Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçiləri” partiyasının başqa qüvvələrdən asılı olmamaq üçün səslərin əksəriyyətini almasını istəyib.

“Biz “Xalqın xidmətçiləri” elektoratı ilə kəsişirik. Biz prezident partiyasını tənqid etmirik. Hesab edirəm ki, biz onlara şans verməliyik” – Saakaşvili deyib.

O, “Yeni qüvvələr hərəkatı” partiyasını dəstəkləyən hər kəsi Zelenskiyə səs verməyə çağırıb.

Qeyd edək ki, Saakaşvilinin başçılıq etdiyi partiya 2017-ci ilin fevralında o vaxtki prezident Poroşenkoya qarşı yaradılıb.


Oxunma sayı: 10528

Oxşar yazılar