“Maduro istefaya getməyənədək ABŞ sakitləşməyəcək” – Bolton

  • 11:57 - 20 İyul

“Venesuela prezidenti Nuikolas Maduro istefaya getməyənədək ABŞ sakitləşməyəcək”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Riçard Bolton çıxış edib. 

“Despotik Maduro istefaya getməyənədək və korrupsionerlər venesuelalılar əlyehinə hakimiyyətdən sui-istifadəni dayandırmayanadək ABŞ sakitləşməyəcək ” – Bolton Venesuelaya qarşı yeni sanksiyaların qəbulunu şərh edərkən belə deyib.

Qeyd edək ki, ABŞ daha dörd Venesuela vətəndaşını “qara siyahı”ya əlavə edərək, sanksiyalar siyahısını genişləndirib.


Oxunma sayı: 6425

Oxşar yazılar