Kral ABŞ ordusunun Səudiyyə Ərəbistanında yerləşdirilməsini təsdiqlədi

  • 11:32 - 20 İyul

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ABŞ qüvvələrinin bu ölkyə daxil olmasını girişini təsdiqləyib.

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanın xəbər agentliyinin (SPA) Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, kral regionda stabillik və təhlükəsizliyin qorunması, sülhün təmin olunması məqsədilə amerikan qüvvələrinin ölkəyə girişinə icazə verib.

Qərarın iki ölkə arasındakı hərbi əməkdaşlığa əsaslanaraq verildiyi bildirilir.

Pentaqonun məlumatına görə, ABŞ paytaxt Ər-Riyaddakı Şahzadə Sultan aviabazasına 500 hərbçi göndərəcək. 


Oxunma sayı: 5985

Oxşar yazılar