Amerikalı rejissor Putinə “xaç atası” olmağı təklif etdi

  • 11:06 - 20 İyul

Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində neçə dəfə xaç atası olmasından danışıb.

Avropa.info xəbər verir ki, Putin deyib xaç atası olmaq şərəfdir, xaç suyuna çəkmək mərasimindən imtina etmək olmaz. Lakin o, cəmi bir neçə nəfərin xaç atası olub. 

“Belə halda mən sizdən qızımın xaç atası olmağınızı xahiş edirəm” – Stoun belə deyib.

Cavab olaraq Putin deyib ki, əvvəlcə qızın özündən soruşmaq lazımdır. Rejissor qızının 22 yaşının olduğunu və xristian ənənələrində tərbiyə aldığını deyib.


Oxunma sayı: 6293

Oxşar yazılar