Göz xəstəliklərdən əziyyət çəkən insanların pulsuz müayinə və müalicəsi üçün səyyar xidmət təşkil edilir – Foto

  • 20 İyl - 2019

"SAF Həyat Naminə" Gənclər İctimai BirliyiAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə"Qəsəbə və kəndlərdə aztəminatlı ailələrdə yaşayan, göz xəstəliklərdən əziyyət çəkən insanların pulsuz müayinə və müalicəsini təşkil etmək üçün səyyar xidmətin təşkili" adlı layihə həyata keçirir.

Birliyin sədri və layihə rəhbəri Dinara Bayramovanın Avropa.info-ya verdiyi məlumata görə, layihə çərçivəsində seçilmiş rayonlarda (Saatlı, Sabirabad və Biləsuvar) yaşayan aztəminatlı ailələrdə yaşayan göz xəstəliklərindən əziyyət çəkən insanlar öncədən müəyyənləşdirilib və qeydiyyata alınıblar. 

Layihə icraçıları tərəfindən qeydiyyata alınmış xəstələr üçün 21-23 iyun tarixlərindəSaatlida, 15-17 iyul tarixlərində Sabirabadda, 18-20 iyul tarixlərində Bilasuvarda pulsuz müayinə və müalicə səyyar xidmətlər təşkil olunub. Həmçinin ehtiyacı olan şəxslər optik eynəklərlə də təmin olunublar. Xüsusilə qeyd etmək lazımdır ki, göstərilən pulsuz xidmətlər peşəkar həkimlər tərəfindən həyata keçirilib.

Layihə çərçivəsində iştirakçılara çap məhsulları (bukletlər) paylanılıb. 

Təbii ki, vətəndaşlarımızın sağlamlığı ilə bağlı həyata keçirilən hər bir uğurlu layihə problemin həllinə yönəlir. İcrası davam edən layihənin yekun mərhələsi üzrə dəyirmi masa təşkil olunacaq. Dəyirmi masada müvafiq dövlət qurumlarının əməkdaşları, QHT və KİV nümayəndələri iştirak edəcəklər. Layihənin icrasıyla bağlı sosial media və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə məlumatlar veriləcək. 

 

 


Oxunma sayı: 1057

Oxşar yazılar