Əlcəzair 29 ildən sonra Afrika çempionu oldu

  • 10:12 - 20 İyul

Misirdə keçirilən Afrika Millətlər Kubokuna yekun vurulub. 

Yarışın son günündə final oyunu keçirilib. 

Həlledici görüşdə Əlcəzairlə Seneqal üz-üzə gəlib. Matçın taleyini erkən qol həll edib. Bağdad Bunedjanın 2-ci dəqiqədə vurduğu top Əlcəzairə qitə çempionu titulunu qazandırıb. 

Onun komandası 29 ildən sonra bu mükafata yiyələnib. İkinci dəfə Afrika çempionu olan Əlcəzairin ilk nailiyyəti 1990-cı ildə qeydə alınmışdı. 

Qeyd edək ki, Əlcəzair və Seneqal yığmaları kimi Nigeriya millisi də turniri mükafatla başa vurub. Sonuncular bürünc medala yiyələniblər.

APA


Oxunma sayı: 14037

Oxşar yazılar