Şirvanda toy mərasimində tüstüdən zəhərlənənlərin sayı 14 nəfərə çatıb - FOTO - YENİLƏNİB

  • 22:58 - 19 İyul

Şirvanda toy mərasimi zamanı tüstüdən zəhərlənənlərin sayı artıb.

Məlumatına görə, hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib.

Onların "Yeganə" şadlıq sarayında istifadə edilmiş tüstü yayan pirotexniki vasitədən zəhərləndiyi deyilir.

***

 

Şirvan şəhərində kütləvi zəhərlənmə olub.

APA xəbər verir ki, hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.

Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktın təfərrüatları araşdırılır.

1 / 8


 


Oxunma sayı: 4005

Oxşar yazılar