Ağstafada təkər təmiri sexində şin partladı: usta gözsüz qaldı

  • 22:05 - 19 İyul

Ağstafa rayon sakini bədbəxt hadisə nəticəsində ağır bədən xəsarətləri alıb.

Oxu.az xəbər verir ki, Böyük Kəsik kənd sakini, 1962-ci il təvəllüdlü Mehdiyev İxtiyar Mehdi oğlu usta işlədiyi təkər təmiri sexində avtomobil şinini dəyişərkən ehtiyatsızlıq edib və şin qəflətən partayıb.

Nəticədə o, baş və göz nahiyəsindən ağır xəsarətlər alıb.

İ.Mehdiyev dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Onun bir gözü əməliyyatla götürülüb, iki barmağı isə amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 7624

Oxşar yazılar