Azərbaycan hərbçiləri NATO-nun Gürcüstandakı dağ təlimində iştirak edirlər

  • 19 İyl - 2019

Gürcüstanda NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində yay dağ hazırlığı təliminin birinci mərhələsi keçirilir.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Axalkalaki rayonunda Abuli dağında təşkil olunan təlimdə Gürcüstan, Azərbaycan, Ukrayna, Çexiya, Polşa, Latviya və İsveç hərbçiləri iştirak edirlər.

Təlimi Besik Kutataladze adına Saçxere dağ hazırlığı təlim mərkəzinin təlimatçıları keçir.

Kursda iştirak edən hərbçilər dağda 100, 200 və 300 metr uzaq məsafəyə atəşlər yerinə yetiriblər.

Dağ hazırlıq təlimi 4 həftə davam edəcək. 


Report


Oxunma sayı: 584

Oxşar yazılar