Azərbaycanla Uruqvay arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib

  • 18:10 - 19 İyul

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Avropa.info-nun xəbərinə görə, bununla da 2019-cu il mayın 1-də Bakı şəhərində imzalanmış Saziş qüvvəyə minib.

Fərmanın 1-ci hissəsinə əsasən, saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.


Oxunma sayı: 5358

Oxşar yazılar