Son dəqiqə: ABŞ hökuməti Türkiyənin “Halk” bankının sədr müavini Hakan Atillanı azad etdi

  • 17:05 - 19 İyul

ABŞ-da İran sanksiyaları ilə bağlı günahkar sayılaraq həbs cəzası alan “Halk” banknın direktor müavini Mehmet Hakan Atilla azadlığa buraxılıb.

Avropa.info xəbər verir ki, Hakan Atilla 2017-ci ilin 27 martında Nyu-Yorkda həbs olunmuş və Rza Zərrabla bağlı işdə tək müttəhim kimi mühakimə olunmuşdu.

İrana qarşı sanksiyalardan yayınma ittihamı ilə mühakimə olunan Hakan Atilla 32 ay həbs cəzasına məhkum edilmişdi.

Hakan Atillanın “nümunəvi davranış” səbəbi ilə tez azadlığa buraxıldığı bildirilir. Onun, Türkiyəyə qayıtması gözlənilir. 


Oxunma sayı: 10396

Oxşar yazılar