Antalyada nə qədər azərbaycanlı yaşayır?

  • 15:31 - 19 İyul

2018-ci ilin yekunlarına əsasən, Türkiyənin Antalya şəhərində 4 min azərbaycanlı yaşayıb.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, eyni zamanda bu bölgədə 5,7 min Qazaxıstan, 5,6 min Qırğızıstan, 2,1 min Türkmənistan və 2,1 min Özbəkistan vətəndaşı yaşayır.

Türkiyə Statistika İnstitutunun hesabatında qeyd olunur ki, Antalyada yaşayan əcnəbilərin sayı ümumilikdə 75 mindən çoxdur. Bu siyahıda isə 114,4 min nəfərlə Rusiya liderlik edir.

Ümumilikdə, 2018-ci ildə Antalyanın əhalisi 2,426 milyon nəfər təşkil edib.


Oxunma sayı: 6051

Oxşar yazılar