262 xristianı ölümdən xilas edən imam Pompeodan mükafat aldı

  • 15:23 - 19 İyul

Nigeriyanın mərkəzində yerləşən Plato şəhərində 2018-ci ilin iyulunda yerli xristian fermerləri ədavətdə olduğu çobanların hücumundan qoruyan imam Abdulla Əbubəkr ABŞ dövlət katibi Mayk Pompeo tərəfindən Beynəlxalq Din Azadlığı Mükafatı ilə təltif olunub.

Avropa.info xəbər verir ki, 83 yaşlı imam münaqişə zamanı 262 nəfər xristiana məsciddə sığınacaq vermişdi.

Pompeo mükafatı təqdim edərkən “Müdaxilə olmasaydı, böyük ehtimalla öldürüləcək başqa dinə məxsus insanları canı bahasına qorudu” deyib.

İmam Əbubəkr göstərdiyi nümunəvi hərəkətə görə, Nigeriya prezidenti Məhəmməd Buxari tərəfindən təbrik edilmiş, “Milli şərəf” ordeni təltif edilmişdi.

Nigeriyada fermerlər və çobanlar arasında keçən ildən bu yana davam edən toqquşmalarda minlərlə adam həyatını itirib, on minlərlə adam evlərini tərk edib. Heyvanlarını otlatmaq üçün ölkənin cənubuna köç edən fulanilər fermerlərin heyvanları oğurladığını və onlara hücum etdiklərini iddia edirlər. Hökumət regiona fövqəladə hal elan edib. 


Oxunma sayı: 7943

Oxşar yazılar