“Gürcüstana qarşı sanksiya məsələsi bağlanmışdır” – Rusiya XİN

  • 19 İyl - 2019

Gürcü şərabının Rusiyaya idxalına qadağa gündəmdə deyil.

Avropa.info xəbər verir ki, prezident Putinin dözümlülüyə və tarazlaşdırılmış yanaşmaya çağırışından sonra Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu açıqlama ilə çıxış edib.

“Beləliklə, bu gün üçün Gürcüstana qarşı “şərab sanksiyaları” mövzusu bağlanmışdır” – Karasin belə deyib.

Gürcüstana uçuş qadağaları ilə isə nazir müavini bu sözləri deyib:

“Qadağaların ləğvi şərti qəti olaraq göstərilib. Gürcüstanda vəziyyətin stabilləşməsi, rusofobiya kampaniyasının dayandırılması və vətəndaşlarımızın təhlükəsizliyini təhdid edən hər hansı halın dayandırılması” – o, belə deyib.

Xatırladaq ki, iyul ayının əvvəli rus deputatı Gürcüstan parlamentinin spikeri kreslosunda oturması nəticəsində Tbilisidə Rusiya əleyhinə iğtişaşlar baş vermişdi. 8 iyulda Rusiya prezidenti Putin Gürcüstana uçuşları qadağan edən sərəncamı imzalamışdı.


Oxunma sayı: 1013

Oxşar yazılar