Ermənilər Ağdamda əhalini atəşə tutdu

  • 19 İyl - 2019

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndini atəşə tutub.

Report-un məlumatına görə, düşmən ötən gün axşam və bu gün səhər saatlarında Çıraqlı istiqamətində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub.

Düşmən əsas hədəf kimi mülki əhalini seçib. Lakin xəsarət alan olmayıb. Mərmilər cəbhə kəndində evlərin dam örtüyünə və hasarlarına dəyib.


Oxunma sayı: 1233

Oxşar yazılar